Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA

  • By admin
  • 03 Avqust 2020 18:12

“İqtisadi paketlə bağlı yeni təkliflər təqdim olunub və Nazirlər Kabineti tərəfindən təsdiq edilib”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və aidiyyəti strukturlar vergi ödəyicilərini bu şərtlərlə tanış edəcək.

“190 manatlıq sosial paketlə bağlı müzakirələr davam etdirilir”, – deyə, H.Hacıyev qeyd edib.

Gununsesi.info