“Ümid edirik ki, budəfəki yumşalmadan sonra artım baş verməyəcək” - YAQUT QARAYEVA

  • By admin
  • 03 Avqust 2020 18:07

“May ayında yumşalmalardan sonra xəstə sayında artım olmuşdu. Ümid edirik ki, bu dəfə bu, baş verməyəcək. Ancaq bununla belə biz hazırlıqlı olmalıyıq”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O, işlərin eyni qaydada davam etdirildiyini bildirib: “Çarpayı sayında artımlar olub. Yeni modul tipli xəstəxanalar açılıb. Yeni laboratoriyaların açılması da nəzərdə tutulur. Biz bütün qüvvəmizlə pandemiya ilə mübarizəyə hazır olmalıyıq”.

 

 

Gununsesi.info