ABŞ-ın üçüncü şəxsinin evinə basqın olundu

Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata görə, sözügedən şəxs Nensinin həyat yoldaşı 82 yaşlı Pol Pelosiyə hücum edərək yaralayıb.

Hadisə zamanı Nensi Pelosi evdə olmayıb.

Basqın edən şəxsin saxlanıldığı, Pol Pelosinin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hücumun səbəbi hələ ki məlum deyil

Gununsesi.info