ABŞ Naqasakidəki nüvə bombasının ildönümündə iştirak etməyəcək

ABŞ səfiri Rahm Emanuel 1945-ci il avqustun 9-da Naqasakinin nüvə bombalanmasının ildönümü ilə bağlı anım mərasimində iştirak etməkdən imtina edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.

Amerika diplomatik missiyası məktubda Naqasaki şəhər administrasiyasının İsraili mərasimə dəvət etməkdən imtina etməsi səbəbindən ABŞ nümayəndə heyətinin “tədbirdə yüksək səviyyədə iştirak edə bilməyəcəyini” qeyd edib.

Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Xirosimanın nüvə bombalanmasının ildönümü ilə bağlı rəsmi çıxışında bombanı dəqiq kimin atdığını qeyd etməyib.

 

 

 

İlhamə

Gununsesi.info