ABŞ Ukraynaya belə dәstәk verir

  • By admin
  • 06 May 2022 13:56

Amerika Birləşmiş Ştatlarının Ukrayna ordusuna verdiyi hərbi kəşfiyyat dәstәyinә görә təxminən 12 rus generalının döyüş meydanında hədəf alınaraq məhv edildiyi iddia edilib.

Gununsesi.info xəbər verir ki, “New York Times”ın yüksək rütbəli amerikalı rәsmilәrә  istinadən yaydığı məlumata görə, ABŞ-ın Ukraynaya hәrbi kәşfiyyat dәstәyi verdiyi qeyd olunub.

Ukrayna ordusunun ABŞ-ın paylaşdığı məlumatlara öz kəşfiyyat mәlumatlarını da daxil edәrәk döyüş meydanında Rusiya hәrbçilәrini hədəf aldığı, indiyədək təxminən 12 rus generalının artilleriya atəşi və ya digər hücumlar nәticәsindә öldürüldüyü iddia edilib.

Xəbərdə deyilir ki, bu səylər Co Bayden administrasiyasının Ukraynaya özünü müdafiə etmək üçün gizli dəstəyinin bir hissəsidir.

Gununsesi.info