10 il vətəndaşları aldadan ailəvi tikinti şəbəkəsinin cinayətləri

  • By admin
  • 06 May 2022 13:54

Bakıda 17 mənzili 36 nəfərə satan “Star-M”, “Zamiq”, “Hasil” və “Şans” MTK şirkətinin rəhbəri Məhərrəm Həsənqulu oğlu Məhərrəmov həbs edilib. O, həmçinin 7 qeyri-yaşayış sahəsini mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat pulun mənimsənilməsində ittiham olunur. Şirkətlərin 17 milyondan çox vergi borcu var. Bakıda ən yaxşı yerlərdə xeyli sayda binalar tikiblər. Hansısa məmurun, rəsmi qurumun himayəsi olmasa, bütün bunları edə bilərdimi? Vətəndaşlara bu qədər dələduzluq edən adamın, tikdiyi binaların nə qədər standartlara cavab verdiyi, keyfiyyətli olduğunu hardan bilək?

Qardaşı “Birlik-İnşaat” MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu da eyni üsulla vaxtiylə dələduzluq yolu ilə 600 nəfər zərərçəkmiş şəxsdən 11 milyon manat pulu alaraq mənimsədiyi üçün 14 illik həbs edilmiş, lakin məhkəmə onun həbsini ev dustaqlığına dəyişmişdi. Məhərrəmovlar 5 qardaşdır, Adil, Rafiq, Aqil, Elman və Məhərrəm. Hamısının adına onlarla tikinti şirkəti var və bu sahədə çalışırlar. Mütəmadi olaraq barələrində dələduzluq ittihamı ilə həbs qərarları çıxsa da, cəzalardan yayına bilirlər. Yəqin bu da elə olacaq, pulunu verib çıxacaq.

Gununsesi.info