ABŞ və Yaponiya “yeni qızıl dövr” sazişi imzaladı

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2025 11:31

ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Sanae Takaiti mühüm mineralların və nadir torpaq elementlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Takaiti ilə Tramp arasında danışıqlar oktyabrın 28-də Tokioda baş tutub:

“Görüş zamanı “ABŞ-Yaponiya İttifaqı üçün Yeni Qızıl Dövrə Doğru” saziş, eləcə də nadir minerallar sahəsində əməkdaşlıq memorandumu imzalanıb”.

 

Gununsesi.info