Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun yerli bürosu xəbər verir ki, hadisə “Saray yolu” adlanan ərazidə qeydə alınıb.
“KİA” və “Mercedes” minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info