Ağ Ev Trampın və ABŞ-ın “məhv edilmiş düşmənlərinin” fotosunu yayımladı

Ağ Evin rəsmi sosial media hesabında prezident Donald Trampın şəkli paylaşılıb və ABŞ düşmənlərini “məhv edib” yazılıb. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Amerika liderinin fotoşəklinin olduğu çərçivədə belə yazılıb:

“Prezident Donald Tramp tərəfindən zərərsizləşdirilən Amerika düşmənləri”.

Şəkildə Prezident Nikolas Maduro, İranın keçmiş ali lideri Əli Xamenei , İŞİD lideri Əbu Bilal əl-Minuqi və Raul Kastronun portretləri verilmişdir.

Onların hər birinə “həbs edilmiş”, “ləğv edilmiş” və “ittiham olunmuş” statusu verilmişdir.

Ağ Evin paylaşımının altında həmçinin “Ədalət zəfər çalacaq” yazılıb.

Maqsud

Gununsesi.info