Ağdamda açıq ərazidə yanğın başlayıb

  • Müəllif: Firuzə
  • 13 İyun 2026 17:38

Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb.

Gununsesi.info xəbərinə görə, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib.

Əraziyə FHN-nin Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğın genişlənərək əraziyə yayıldığından əlavə olaraq FHN-nin Xocalı rayonun yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.(Teleqraf)

Gununsesi.info