Albaniya limanlarını ruslar üçün bağlasın – ZELENSKİ

  • By admin
  • 03 May 2022 17:45

Albaniya Rusiya ilə ticarəti məhdudlaşdırmalı, limanlarını bu ölkənin gəmiləri üçün bağlamalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Sizdən xahiş edirəm ki, limanlarınızı rus gəmiləri üçün bağlayın, rus turistlərin ölkənizə girişini məhdudlaşdırın. Çünki siz ölkənizə kimin gəldiyini bilməyəcəksiniz. Ola bilər Buçada olan qatillər, Mariupoldakı cəlladlar gəlsin”, – Zelenski bildirib.

Gununsesi.info