Almaniya prezidenti buna görə Ukraynaya getmir

  • By admin
  • 03 May 2022 12:16

Almaniya kansleri Olaf Şolts Prezident Frank-Valter Ştaynmayerin Ukraynaya səfərdən imtina etməsinə aydınlıq gətirib.

Gununsesi.info xəbərinə görə, kansler bildirib ki, Almaniya prezidentinin Ukrayna səfərini Kiyev rəsmiləri istəməyib.

“Bu da Almaniya prezidentinin Kiyevə getməsi üçün ən böyük maneədir. Berlin Kiyevə ən dar günündə hərbi və maliyyə yardımı göstərdi. Onlara dəstək olduq. Almaniya Ukraynaya hər cür təhlükəsizlik dəstəyi verib. Əvəzində isə “sizin prezidentiniz Ukraynaya gələ bilməz” – dedilər. Bu, qəbuledilməzdir və anlaşılan deyil”, – O.Şolts əlavə edib.

Gununsesi.info