Anomal istiyə dözməyən fil sahibini ikiyə böldü

  • By admin
  • 25 Avqust 2022 12:50

Anomal istilərdən boğaza yığılan və əsəbləşən fil baxıcısını iki yerə bölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Taylanddakı zooparkların birində baş verib.

Polisin verdiyi açıqlamaya görə, təlimçi Supaçai Vonqfed isti havada filə yeni təlimlər keçmək istəyib.

Fil isə bundan əsəbləşib və təlimçini bir neçə dəfə dişlərinə keçirərək onu parçalayıb.

Nəticədə onun cəsədi iki yerə bölünüb. Xəbərdə bildirilir ki, fil təlimçisini parçaladıqdan sonra onun cəsədinin yanından ayrılmayıb və saatlarla hadisənin baş verdiyi yerdə gözləyib.

Buna görə də bədbəxt təlimçiyə müdaxilə etmək və onun cəsədini götürmək uzun müddət mümkün olmayıb.

Daha sonra mütəxəssislər 500 metr məsafədən fili “sakitləşdirici ox”la vuraraq, onu yatırmağı bacarıblar.