Mayın 18-də Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair şikayətə baxılıb.
Gununsesi.info xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçən prosesdə şikayət təmin edilməyib, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Əli Kərimlinin atası rəhmətə gedəndən sonra vəkillər onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə yenidən vəsatət vermişdi.
Səbail Rayon Məhkəməsi vəsatəti təmin etməmişdi.
Həmin qərardan Apellyasiya Məhkəməsinə şikayət olunmuşdu.










