“Artıq Avropanın enerji bazarında Rusiya kimi oyunçu olmayacaq” -Zelenski

  • By admin
  • 26 Avqust 2022 09:20

“Artıq Avropada qazın qiyməti min kubmetr üçün 3300 dolları keçib. Hamısı Rusiyanın müraciət etdiyi enerji şantajına görədir”.

Bu barədə Gununsesi.info Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə istinadla xəbər verir.

“Rusiyanın anti-Avropa siyasəti həqiqətən dağıdıcıdır, lakin strateji perspektivdə – Rusiya Federasiyasının özü üçün. Artıq Avropanın enerji bazarında Rusiya kimi oyunçu olmayacaq.”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, vəziyyət çətindir, lakin Avropa ölkələrinin əksəriyyəti problemə çox məsuliyyətlə yanaşıb və özlərini qorumaq üçün hər şeyi edirlər.

Zelenski qeyd edib ki, Ukrayna enerji məsələlərində tərəfdaşları ilə hərəkətləri yaxından əlaqələndirir. Hökumət, dövlət şirkətləri ölkənin bu qış mövsümünə hazır olması üçün hər şeyi edir.

“Bu, həqiqətən də tariximizin ən çətin anı olacaq. İndi isə elə bir şəraitdəyik ki, düşmən öz məqsədlərinə çata bilməyəcək, amma buna hələ vaxt lazımdır. Rus hesabının qırılması üçün hələ də səylər lazımdır ki, onlar bu sahədə də uduzsunlar”, – deyə prezident yekunlaşdırıb.

Xatırladaq ki, Zelenski Aİ ölkələrinə Rusiyadan heç bir enerji tədarükü olmadan öz enerji sistemlərinin istismarına hazırlamağı tövsiyə edib.

Gununsesi.info