ASİYA DÖRDLÜYÜ Sankt-Peterburqa toplaşır

  • By admin
  • 17 İyun 2022 10:24

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, ÇXR, Misir və Qazaxıstanın dövlət başçılarının iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumun (PBİF) geniş iclası  keçiriləcək. 

Gununsesi.info xarici informasiya platformalarına istinadla xəbər verir ki, yerli vaxtla saat 14:00-a planlaşdırılan Forumun proqramına əsasən, sessiyada RF prezidenti Vladimir Putin, ÇXR-in dövlət başçısı Si Zinpin, Misir lideri Abdel Fəttah as-Sisi və Qazaxıstan Prezidenti Qasım-Comert Tokayevin çıxış edəcəyi gözlənilir.

*PBİF-nin plenar iclasının moderatoru qismində “Rosiyya seqodnya” mediaqrupun baş redaktoru Marqarita Simonyan çıxış edəcək.

Gununsesi.info