
Rusiya-Ukrayna müharibəsinə görə Kreml rəhbərliyinə qarşı sərt tədbirlər görən Avropa Parlamenti (AP) bu dəfə Rusiyanın strateji tərəfdaşı Belarus üçün addımlar atıb.
Gununsesi.info xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinə görə Moskva rəhbərliyinə qarşı sərt tədbirlər və sanksiyalar tətbiq edən Avropa Parlamenti (AP) bu dəfə Rusiyanın yaxın münasibət qurduğu Belarusa qarşı hərəkətə keçib.
Avropa Parlamentinin üzvləri Belarusdakı Aleksandr Lukaşenko rejimini Ukrayna xalqına münasibətinə görə Rusiyanın şəriki kimi tanıyıblar. Avropa Parlamentinin üzvləri Lukaşenkonun Rusiya lideri Vladimir Putin kimi eyni məsuliyyət daşımalı olduğunu bəyan edərək, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara bənzər sanksiyaların Belarusa da tətbiq edilməsini istəyiblər.
Digər tərəfdən, bəzi millət vəkilləri Belarus prezidenti Lukaşenkonun ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıdığını bildirərək, ona qarşı qətnamə təqdim ediblər.
Sözügedən qətnamə ilə deputatlar Beynəlxalq Cinayət Məhkəməsini Lukaşenkonun həbsinə order verməyə çağırıblar.
Arzu
Gununsesi.info