Avropa Parlamentinin rəhbəri Romada dəfn ediləcək

  • By admin
  • 11 Yanvar 2022 19:37

65 yaşında vəfat edən Avropa Parlamentinin (AP) sədri David Sassoli yanvarın 14-də Romada dəfn olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə AP rəhbərinin mətbuat katibi Roberto Kuillo məlumat verib.

Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 13-də Kapitoliya təpəsindəki Roma meriyasının tarixi Protomotek zalında, dəfn mərasimi isə yanvarın 14-də Romanın Respublika meydanındakı Santa Maria del Anceli kilsəsində keçiriləcək.

 

 

Gununsesi.info