Azərbaycan və İran XİN başçıları bu mövzuları müzakirə etdilər -Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Gununsesi.info  xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyəti müzakirə ediblər.

***

Azərbaycan və İran XİN başçıları arasında müzakirə edilən mövzular açıqlanıb.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər arasında ikitərəfli gündəliyin aktual məsələləri, iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilən razılıqlar çərçivəsində icra edilən layihələr müzakirə olunub.

Həmçinin, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə edilib.

Tərəflər, bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.info