Azərbaycanda bu günə olan yoluxma sayı – FOTO

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.

Ölkədə indiyədək 796 576 nəfər koronavirusa yoluxub. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9735 nəfər vəfat edib, aktiv xəstə sayı 1933 nəfərdir.

Son sutka ərzində 1860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb.

Gununsesi.info