Azərbaycanlı iş adamı vəfat etdi - FOTO

  • By admin
  • 02 Yanvar 2023 14:23

Moskvada yaşayan azərbaycanlı tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, Salman Zeynalov səhhətində yaranmış problemdən əziyyət çəkirmiş. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kındində bu gün dəfn olunacaq.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Zeynalov Salman Abbas oğlu xeyriyyəçiliyi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi.

Allah rəhmət eləsin.

Gununsesi.info