“Azeri Light” ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,15 ABŞ dolları və ya 1,36% azalaraq 83,33 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 84,48 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

 

 

 

Gununsesi.info