Aziz Yıldırım “Fənərbağça”nın prezidenti postuna namizədliyini irəli sürüb

  • Müəllif: ilhame
  • 13 May 2024 22:06

Aziz Yıldırım “Fənərbağça”nın prezidenti postuna namizədliyini irəli sürüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

“Sarı-lacıvərdlilər”in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-i baş tutacaq mətbuat konfransında cavablandırılacaq. Onun seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Ali Koçdur.

Qeyd edək ki, “Fənərbağça”da prezident seçkilərinin vaxtı dəqiq bilinmir.

Gununsesi.info