Bəşər Əsəd Vladimir Putinlə görüşüb

Suriya prezidenti Bəşər Əsəd əsas müttəfiqi Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir. Bu “Səfər” Suriyada vətəndaş müharibəsinə çevrilmiş və təxminən yarım milyon insanın ölümünə və müharibədən əvvəlki ölkə əhalisinin yarısını köçkün vəziyyətinə salan qiyamın ildönümünə təsadüf edir.

Moskva Əsəd hökumətini hərbi dəstəklə devirməyə çalışan silahlı müxalifət qrupları ilə mübarizədə əsas rol oynayıb, həmçinin BMT-də Dəməşqi fəal şəkildə dəstəkləyib.

Kremlin məlumatına görə, gündəmdə “siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya əməkdaşlığının gələcək inkişafı, həmçinin Suriya və onun ətrafında vəziyyətin hərtərəfli nizamlanması perspektivləri” olacaq. Bundan əlavə, Suriya, Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin müavinləri eyni vaxtda Moskvada danışıqlar aparacaqlar. Əsas mövzu Suriyada terrorla mübarizə səyləridir.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info