Rusiya ukraynalı uşaqları qanunsuz deportasiya edir

Moskva Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığını bildirib. Bu bəyanat hələ BCM prokurorunun iki hərbi cinayət işinin açıldığını və hərbi cinayətlərə görə məsuliyyət daşıdığı güman edilən bir neçə rusiyalının həbsinə, orderlərin verilməsini rəsmən elan etməzdən əvvəl gəlib. Ukraynanın mülki infrastrukturuna hücumlar və ukraynalı uşaqların kütləvi şəkildə oğurlanması Rusiya tərəfindən bilərək törədilib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Rusiyanın 2161 ukraynalı yetim uşağı qanunsuz olaraq Rusiyaya deportasiya etdiyini təsdiqləyib. Bundan əvvəl Ukrayna hökuməti ailələri ilə birlikdə deportasiya edilənlər də daxil olmaqla, ümumilikdə 16 207 uşağın Rusiyaya qanunsuz deportasiya edildiyini təsdiqləyib.

Rusiya hökuməti ukraynalı uşaqları aldığını inkar etmiyib və onların rus ailələri tərəfindən övladlığa götürülməsini təbliğatın mərkəzinə çevirib. Bundan əvvəl ISW Moskvanın “övladlığa götürülmüş rus ailələri” adlandırdığı ukraynalı uşaqlar haqqında Rusiya sənədli serialı haqqında məlumat verib. Qeyri-qanuni deportasiya edilmiş ukraynalı uşaqların ümumi sayının 150 minə yaxın olduğu təxmin edilir.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info