Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlar dayandırıldı

  • By admin
  • 04 Yanvar 2021 21:39

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

Gununsesi.info xəbər verir ki, bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək:

“Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır”.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.

Gununsesi.info