Bakıda bəzi məktəblərdə dərslər onlayn olacaq

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2026 15:09

2026-cı ildə “Formula 1” Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Bu barədə Gununsesi.info-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

Qeyd edək ki, Formula 1 sentyabrın 24-26-da Azərbaycan Qran-prisi Bakıda keçiriləcək.

Gununsesi.info