Bakıda kişi özünü “Maşın bazarı”nda partlatdı – Xəsarət alanlar var

  • By admin
  • 27 İyul 2021 17:20

Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə insident baş verib. Belə ki, Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb. Hadisənin qarşısını almaq istəyən polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İlham Babayev faktı təsdiqləyib. O, hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və ictimaiyyətə məlumat veriləcəyini deyib:

“Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerindədir”.