Bakıda maşını təmir sexinin qabağından oğurladılar

İyulun 30-da axşam saatlarında Nəsimi rayonu ərazisində maşın təmiri sexinin qarşısından VAZ-2106 avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info