BANM-in yaradılmasının 10-cu ildönümü qeyd olunub -Fotolar

  • By admin
  • 21 Dekabr 2021 17:44

Dekabrın 21-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyi münasibətilə Ali Məktəbin kampusunda təntənəli yubiley tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib: “Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində liderliyə yüksəlib, orta qəbul balı üzrə Respublika birincisidir”.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Ali Məktəbin tələbələrinə üz tutaraq bildirib: “Bu gün bu təntənəli yubiley mərasimində əminliklə deyə bilərik ki, Bakı Ali Neft Məktəbi artıq öz sahəsində ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl ali təhsil müəssisəsi kimi tanınır. Heç şübhə etmirəm ki, şirkətimizin, şanlı neft sənayemizin gələcək liderlərindən bir çoxu sizin aranızdadır”.

Rövnəq Abdullayevin 20 dekabr 2021-ci il tarixli əmri ilə rektor Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” döş nişanı, həmin kafedranın professoru Fuad Vəliyev və dosenti Xanum Cəfərova SOCAR-ın “Fəxri fərmanı” ilə təltif ediliblər. Mükafatları SOCAR prezidenti təqdim edib.