Baş pediatrdan çağırış- Uşaqlar vaxtında peyvənd olunmalıdır!

  • By admin
  • 09 İyul 2021 16:22

Uşaqlara bütün xəstəliklər üzrə peyvəndlər vaxtında vurulmalıdır. 

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.

Baş pediatr bildirib ki, yüngül qrip, temperatur və burun axması uşaqlarda peyvənd üçün əks göstəriş sayılmır:

“Yalnız ağır xəstəlik, yüksək temperatur zamanı peyvənd ertələnməlidir. Ümumiyyətlə, peyvəndləri vaxtında vurdurmaq lazımdır. Qızılca, difteriya və başqa xəstəliklər əslində çox ağır xəstəliklərdir. Ona görə peyvəndlər mütləq vaxtında vurdurulmalıdır”.