Bayden Əfqanıstandakı strateji uğursuzluqda günahlandırılır

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində respublikaçılar prezident Co Baydeni ABŞ qoşunlarının Əfqanıstandan “xaotik” çıxarılmasına görə tənqid ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti Respublikaçıların hesabatına istinadən yazır.

Sənəddə bildirilir ki, Bayden və onun administrasiyasının Əfqanıstanla bağlı qərarları faciəvi nəticələrə gətirib çıxarıb.

“Daxili təhlükəsizliyimizə təhdid artıb və xaricdəki reputasiyamız ləkələnib”, – deyə Baydenin hərəkətlərinin nəticələri barədə hesabatda deyilir.

Respublikaçılar açıq şəkildə Amerikanın Əfqanıstandakı hərbi mövcudluğunun sona çatmasını “strateji uğursuzluq” adlandırıblar.

Bundan əvvəl dövlət katibi Antoni Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə vermək üçün Konqresə çağırılmışdı.

 

 

Gununsesi.info