
ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alejandro Mayorkasa qarşı impiçment elan etməsinə cavab verib.
Gununsesi.info xəbər verir ki, Bayden bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirib.
ABŞ prezidenti qeyd edib ki, nazir Mayorkas “xırda siyasi oyunların” hədəfinə çevrilib.
“Tarix Nümayəndələr Palatasının respublikaçılarına qeyri-konstitusiyaya zidd partizanlıq etdiklərinə görə yaxşı baxmayacaq”, Bayden bildirib.
O vurğulayıb ki, Konqres hərəkətə keçməli və ABŞ administrasiyasını sərhəddəki vəziyyəti həll etmək üçün lazım olan alətlər və resurslarla təmin etməlidir.
“Nümayəndələr Palatası Milli Təhlükəsizlik Aktına düzəlişləri də dərhal qəbul etməlidir. Biz amerikalıların üzləşdiyi problemlərə real həll yolları axtarmağa davam edəcəyik”, – deyə Bayden əlavə edib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası təxminən 150 ildə ilk dəfə Bayden administrasiyasının nazirlərindən biri, Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alejandro Mayorkasa impiçment elan edib.
Gununsesi.info