Baydenin bəyanatında hazırkı Türkiyə cəmiyyətinə, dövləti və hakimiyyətinə yönəlmiş heç bir ifadə yoxdur - ANAR MƏMMƏDLİ

  • By admin
  • 24 Aprel 2021 23:33

“ABŞ prezidentinin bəyanatında Erməni soyqırımı ilə bağlı hazırkı Türkiyə cəmiyyətini, dövləti və hakimiyyətinə yönəlmiş heç bir ifadə yoxdur”.

Gununsesi.info bildirir ki, bunu tanınmış insan haqları fəalı Anar Məmmədli ABŞ prezidentinin “erməni soyqrımı” ifadəsinə münasibətində deyib.

Anar Məmmədli bildirib ki, əksinə,  Bayden bəyanatında keçmişin tənqidi, gələcəyə doğru çağırışlar var: “Nəzərə almaq laızmdır ki, belə sənədlər daha çox siyasi xarakter daşıyır, heç bir hüquqi öhdəlik və məsuliyyət yaratmır. Bunun üçün birinci dünya müharibəsinin iştirakçısı olan dövlətlər o zaman baş vermiş hərbi cinayətlərə dair beynəlxalq məhkəmə keçirməli idi. Bunu isə 1918-21-ci illərdə həyata keçirmək olardı.
Ümumiyyətlə, bu mövzunun qarşılıqlı ittihamlar olmadan çözümü erməni diasporaları və Ermənistan dövlətinin Türkiyə və onun cəmiyyəti ilə qarşılıqlı anlaşmasından asılı olacaq”.

 

Gununsesi.info