“Bayraktar” Rusiyaya uçuş aparatı satmaqdan imtina edib

  • By admin
  • 26 Avqust 2022 15:26

Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu “Baykar”ın baş direktoru Haluk Bayraktar BBC-nin Rus xidmətində dərc olunan müsahibəsində bildirib.

Bayraktar qeyd edib ki, onun şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq.

 

Gununsesi.info