Boşanma məsələsində mübahisələrin bir yaranma mövzusu da budur:
“Uşaq kimdə qalacaq?”
Məsələn, ər-arvad boşanır, uşaq isə kiçikdir.
Hər iki valideyn uşağı yanında saxlamaq istəyir.
Məhkəmə hansı meyarlara əsasən övladın kimlə qalacağını müəyyənləşdirir?
Gununsesi.info– bu barədə hüquqşünas Uğur Əliyevin fikrini öyrənib.
Onun sözlərinə görə, məhkəmə uşağın maraqlarını əsas tutur:
“Tibb-psixoloji rəylər, uşağın yaşı, ana-ataya münasibət, maddi və mənəvi şərait qiymətləndirilir. Kiçik yaşlı uşaqlar, adətən, ananın himayəsində qalır, amma atanın daha münasib şərait yaratdığı sübuta yetirilsə, atada qalması da mümkündür. Həmçinin uşağın fikirləri müəyyən yaşdan sonra diqqətə alınır”,- deyə hüquqşünas bildirib.
Afət
Gununsesi.info












