BQXK-dən Suriyada saxlanılan azərbaycanlılarla bağlı açıqlama

  • By admin
  • 05 May 2022 13:07

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları İraq və Suriyada saxlanılan Azərbaycan vətəndaşlarına da mütəmadi olaraq baş çəkir. 

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkil etdiyi brifinqdə bildirilib.

Qeyd olunub ki, onların ailələri ilə əlaqə qurmaları üçün şərait yaradılır. Vurğulanıb ki, saxlanılan şəxs onun haqqında məlumatları mənsub olduğu dövlətlə bölüşmək icazəsi verdiyi halda onun haqqında məlumatlar vətəndaşı olduğu dövlətin aidiyyəti qurumlarına çatdırılır.

Gununsesi.info