“Brent” neftin qiyməti 80 dolları ötdü

  • By admin
  • 28 Sentyabr 2021 09:55

“Brent” markalı neftin qiyməti son üç ildə ilk dəfə 80 dolları ötüb.

Gununsesi.info xəbər verir ki, Bakı vaxtı ilə saat 08:16-da “Brent”in noyabr fyuçersləri bir barrelə görə 0,83% bahalaşaraq 80,35 dollara çatıb. Bu, 2018-ci ilin oktyabrın 23-dən bu yana ilk belə göstəricidir.

“WTI” markalı neftin noyabr fyuçersləri isə 0,85% bahalaşaraq bir barrelə görə 76,09 dollar təşkil edib.

Neft qiymətlərinin artmasına səbəb dünyada xammala olan tələbatın perspektivlərinin yaxşılaşması ilə bağlı müsbət əlamətlərdir.

Gununsesi.info