Bu heyvan 400 il yaşaya bilir

  • By admin
  • 20 Aprel 2023 15:15

Heyvanların ömür müddəti daima insanlar tərəfindən maraq edilib. Bəzən qarğa quşlarının 300 il yaşaması, bəzənsə bir çox heyvanların yüzlərlə illər ömür sürməsi ilə bağlı fikirlər səsləndirilir.

Gununsesi.info xarici mətbuata istinadən heyvan ömürləri ilə bağlı sizə maraqlı yazını təqdim edir.

Qrendalndiya köpək balığı onurğasızlar arasında ən uzun ömür sürən su canlıdır. Bu heyvan 200-500 ilədək yaşaya bilir.

 

Elm nə deyir? 

“Science” dərgisində 2016-cı ildə yayımlanan araşdırmaya görə, Qrenlandiya köpək balığı 150 yaşadək yaşaya bilir.

Liverpul Universitetindəki başqa bir araşdırma heyəti isə onun uzunömürlülüyü ilə bağlı xərçəng, neyrodegenerativ və ya kardiovaskulyar xəstəliklər kimi yaşa bağlı xəstəliklərə qarşı dirəniş mexanizmaları inkişaf etdirə bilmə bacarığını əsas gətirir.

 

Ancaq başqa təsirlər də bu heyvanların uzunömürlülüyünün səbəbi ola bilər. Örnək üçün, belə bir böyük heyvanlar üçün təhlükəli ovçuların sayının azlığı, çətin şəraitli soyu sularda yaşaması, az temperatur, daha yavaş maddələr mübadiləsi.

 

Heyvanlar arasında dünya alimlərini heyran edən Turritopsis nutriculadır. Bu heyvanları öldürmək mümkünsüzdür və hüceyrələrini birbəbir yeniləyərək gəncləşir, ölümə meydan oxuyurlar.

 

Tərcümə: Arzu S.