Bu məlumatları jurnalistlərdən almasaydıq… - Bayden

  • By admin
  • 01 May 2022 13:19

“Təsəvvür edin, bütün bu məlumatları jurnalistlərdən almasaydıq! Bu, fərqli dünya olardı. Mən həmişə mətbuata hörmət etmişəm, amma döyüş bölgələrində olan, atəşə tutulan jurnalistlərə nə qədər hörmət etdiyimi sözlə ifadə edə bilmərəm”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev Müxbirlər Assosiasiyasının təşkil etdiyi ənənəvi qala şam yeməyinə qatılan dövlət başçısı Ukraynadakı müharibədə yaralanan və həlak olan jurnalistləri xatırlayıb, onlara ehtiram ifadə olunub.

Naharda məşhur sənətçilər, jurnalistlər və aparıcılar, çoxlu sayda dövlət rəsmiləri və digər tanınmış simalar iştirak edib.

Qeyd edək ki, Ağ Ev Müxbirlər Assosiasiyasının ev sahibliyi etdiyi qala-ziyafət 2020 və 2021-ci illərdə pandemiya səbəbindən keçirilməyib və sabiq prezident Donald Trampın ümumiyyətlə orada iştirak etmək ənənəsi olmayıb.

Gununsesi.info