Bu meyvə saç tökülməsinin QARŞISINI ALIRMIŞ - FOTO

  • By admin
  • 10 Aprel 2021 17:36

Selenyum anbarı olan ǝrik saç tökülmələrinə maneə törədir.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, İnönü Universiteti Mühəndislik Fakültəsi Kimya Mühəndisliyi Bölümü Müəllimi Dr. Önal saç tökülməsinin qarşısını alan selenyumun ǝrikdǝ əhəmiyyətli miqdarda olduğunu deyib.

Önal bildirib ki, əriyin nüvəsi torpağa düşən kimi yetişir:

“İnsan sağlamlığı üçün çox əhəmiyyətli olan selenium və sink elementləri bütün ərik növlərində var. Bu meyvədə eyni zamanda bol miqdarda A vitamini və kalium da cəmlənib. Bunların hamısının bir yerdə olması ǝriyin faydasını artırır və saç tökülməsinin qarşısını alır”.

Gununsesi.info