Bu müharibə Ukraynanın məğlubiyyəti ilə başa çatmayacaq

  • By admin
  • 30 İyun 2022 22:26

ABŞ liderinin sözlərinə görə, Rusiya qonşu ölkənin ərazisinə hücum etdiyinə görə ağır bədəl ödəyəcək və bu müharibə Ujraynanın məğlubiyyəti ilə başa çatmayacaq

Yaxın günlərdə Birləşmiş Ştatlar Ukraynaya antiraket sistemləri də saxil 800 milyon dollarlıq əlavə hərbi yardım elan edəcək.

Bunu NATO-nun Madrid sammitindən sonra iyunun 30-da keçirilən mətbuat konfransında ABŞ prezidenti Co Bayden bəyan edib:

“Bizim Ukraynanı tələb olunduğu qədər dəstəkləyəcəyik”.

ABŞ liderinin sözlərinə görə Rusiya qonşu ölkənin ərazisinə hücum etdiyinə görə ağır bədəl ödəyəcək və bu müharibə Ukraynanın məğlubiyyəti ilə başa çatmayacaq.

Finlandiyanın “natolaşması”

Bayden habelə müharibənin indinin özündə Rusiyaya təsirlərindən danışıb.

O deyib ki, Moskva son 15 ildə iqtisadiyyatda əldə etdiyi nailiyyətlərdən məhrum olub. Neft hasilatı sahəsində çətinliklərlə üzləşir, çünki sanksiyalara görə yüksək texnologiyalara çıxışını itirib:

“Ukrayna artıq Rusiyaya güclü zərbə endirib. Rusiya artiq beynəlxalq mövqeyini itirib. Rusiya elə bir vəziyyətə düşüb ki, bütün dünya baxıb deyir: “Siz bütün ölkəni zəbt etmək istədiniz, Kiyevi zəbt etmək istədiniz və uduzdunuz. Siz Donbası ələ keçirməyə çalışdınız və bunu hələ də edə bilməmisiniz”.