Bu tanınmışlar sabahkı seçkilərdə Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqladılar

  • By admin
  • 13 May 2023 11:05

Türkiyədə 14 may tarixi seçkilərinə saatlar qala, bir çox tanınımış isimlər Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıblar.  Seçkilərdə tərəfini bəlli edən məşəhurların qərarları toplum üzərində ciddi təsir edir.

Kılıçdaroğlunu dəstəkləyəcək adamlar diqqət çəkir.

Gununsesi.info xarici mətbuata istinadən həmin tanınmışların siyahısını sizə təqdim edir.

 

Tanınmış gülüş ustası Cem Yılmaz 14 may Prezidentlik seçkilərində Kamal Kılıçdaroğluna səs verəcəyini paylaşıb.

“Əmi, səsini kimə veəcəksən”, soruşanlara “Kamal Prezident”, deyirəm. Uğurlar diləyirəm, Kamal Kılıçdaroğlu”, yazıb.

FOX TV ekranlarında yayımlanan “Adım Fərah” serialının baş rol oyunçularından Əli Sürməli sosial media hesabından seçki bulletenini paylaşaraq Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.

Oyunçu Berna Laçın, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna səs verəcəyini açıqlayıb.

Tanınmış jurnalist Fatih Portakal Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.
Tanınmış rok sənətçisi Teoman 14 mayda keçiriləcək seçkilərdə “Demokratiya, azadlıq və ədalət üçün Xalqın Partisinə səs verirəm” paylaşımını edib.

 

“Bir səsim Kamal Kılıçdaroğluna” – Hayko Cepkin yazıb.

 

“Adını Fərihə qoydum” serialı ilə tanınan Hazal Kaya Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info