Litva “Vaqneri” terrorçu kimi tanıyıb

Rusiya Dövlət Duması qanuna Ukraynada döyüşən könüllü dəstələr haqqında “yalan” və ya “böhtan xarakterli” məlumatlar dərc edənlərin indi 15 ilə qədər həbs cəzasını nəzərdə tutan dəyişikliyini təsdiqləyib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. Qanun Rusiya hakimiyyətinin “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukraynadakı müharibə iştirakçılarının tənqidini yatırtmaq üçün, bir il əvvəl Dumanın təsdiqlədiyi məntiqlə eyni məntiqə əsaslanır. Dəyişiklik “Vaqner”in rəhbəri Yevgeni Priqojinin yanvar ayında verdiyi sorğuya cavab idi. O, qrupun tərkibində döyüşən muzdlulara nizami ordu əsgərləri ilə eyni müdafiənin verilməsini xahiş edib. Baxmut döyüşü PMC rəhbərliyi ilə nizami ordu arasında ciddi ziddiyyətləri üzə çıxarsa da, Rusiya təcavüzü üçün “Vaqner” PMC-nin iştirakı vacibdir. Dumanın qəbul etdiyi qanundan tamamilə fərqli olaraq, Litva parlamentinin bu həftə qəbul etdiyi və PMC Wagner-i terror qruplaşması elan edən qətnamə var. Qərarda bildirilir ki, işğalın əvvəlindən rus muzdluları terrorla eyniləşdirilə bilən ağır və sistemli cinayətlər törədirlər.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info