“Çin 10 il ərzində Aya üç pilotsuz uçuş həyata keçirməyi planlaşdırır” - VİDEO

  • By admin
  • 11 Sentyabr 2022 20:28

Çin peyk resurslarının inkişafı proqramı çərçivəsində yaxın 10 il ərzində Aya üç pilotsuz uçuş həyata keçirməyi planlaşdırır.

Bu barədə ÇXR Ay Tədqiqatları və Kosmik Proqramlar Mərkəzindən bildirilib.

Qərar Çinin “Change-5” missiyası zamanı Ay qruntunda əvvəllər məlum olmayan mineral aşkar etməsi ilə bağlı məlumatın yayımasından bir gün sonra açıqlanıb.

Pekin “Changesite-(Y)” adlanan bu daşdan enerji mənbəyi kimi istifadəyə ümid edir.

“Bu, insanlar tərəfindən Ayda kəşf edilən altıncı yeni mineraldır. Ölkəmiz dünyada yeni mineral kəşf edən üçüncü ölkə oldu”, – deyə Çinin Milli Kosmik İdarəsindən bildirilib.

Gununsesi.info