Çin bu dəfə “Bayraktar TB2”ni kopyaladı - FOTO/VİDEO

Çinin “China Electronics Technology Group Corporation” (CETC) şirkəti “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının dizaynına tamamilə bənzəyən dronu sərgiyə çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Defense Express” nəşri yayıb.

Nəşr yazır ki, çinli mühəndislər Türkiyə istehsalı olan “Bayraktar”ın dizaynını kopyalayıblar. Bildirilir ki, Çinin təqdim etdiyi dronla “Bayraktar TB2” arasında yeganə fərq qanad hissəsinin formasının dizaynı ilə bağlıdır. Sözügedən dron geri qalan bütün hissələrinin quruluşu baxımından “Bayraktar” dronunu xatırladır.

CETC şirkətinin bu addımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, istifadəçilər Çin şirkətinin açıq-aydın “Bayraktar TB2”nin dizaynını eyniləşdirdiyini qeyd ediblər.

Fotoda “Bayraktar TB2”

Qeyd edək ki, bu, Çinin dünyaca məşhur məhsulların, texnikaların oxşarını yaratması ilə bağlı ilk belə hal deyil. Hətta ötən ilin dekabrında Çində amerikalı milyarder İlon Maskın birəbir oxşarının tapılması böyük marağa səbəb olmuşdu. Həmin şəxs zahiri görünüşü ilə yanaşı, İlon Maskın üz mimikalarını da təkrarlaması ilə gündəmə gəlmişdi.

Gununsesi.info