Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı

Türkiyə ordusu ölkənin Ağrı və İğdır bölgələrində PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Gununsesi.info  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.

“Eren Abluka Sonbahar-Kış-12 Şehit Jandarma Uzman Çavuş Dursun Pampal Operasyonu” adı verilən əməliyyata 1017 nəfər şəxsi heyət və 58 əməliyyat qrupu cəlb olunub.

Məlumata görə, əməliyyatın məqsədi PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə olan terrorçuları zərərsizləşdirməkdir.

Gununsesi.info