Çin təcrübə və müşahidə peykini orbitə buraxdı

  • By admin
  • 15 Mart 2023 19:55

Çin peyk texnologiyası sınaqları və yerdən ətraflı müşahidələr aparmaq üçün nəzərdə tutulmuş “Çian” sinifli peykini kosmosa göndərib.

Gununsesi.info xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, “Çian-19” peyki “Long March-11” raketi ilə Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən buraxılıb.

Bildirilib ki, orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşdirilən peyk zəlzələnin izlənilməsi, fəlakətin qarşısının alınması və digər missiyalarda istifadə olunacaq.

Buraxılış “Long March” raketləri ilə 467-ci uğurlu nəqliyyat missiyası olub.

Adı Çin dilində “təcrübə” mənasını verən “Çian” peykləri kosmik mühitin monitorinqi və orbital texnologiyaların sınaqdan keçirilməsi, həmçinin yerüstü müşahidələr üçün istifadə olunur.

Gununsesi.info