Çinin Lonvi Biosciences laboratoriyası insan ömrünü 100 il və ya daha çox uzada biləcək dərman hazırlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Tabletlər üzüm çəyirdəyi ekstraktında olan prosianidin C1 (PCC1) birləşməsinə əsaslanır və siçanlarda ömrü ümumilikdə 9,4%, müalicədən sonra isə 64,2% artırıb.
Şirkət dərmanın “zombi hüceyrələri” məhv etdiyini bildirir – bu hüceyrələr bölünmə qabiliyyətini itirir, bədəndən çıxmır və toxuma iltihabına səbəb olur. Baş texnologiya direktoru Liu Qinhua insan ömrünün 150 yaşa qədər uzana biləcəyini deyib.
Qeyd edək ki, Çində uzunömürlülük sahəsi əvvəllər nadir maraq mövzusu olsa da, dövlət və özəl investisiyaların artması ilə tibb sahəsində gəlirli istiqamətə çevrilib.
Şəbnəm












