Çində hotelin çökməsi nəticəsində daha 11 nəfər ölüb

  • By admin
  • 29 Avqust 2020 15:50

Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının dağıntıları altında daha 11 nəfərin cansız bədəni çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, dağıntılar altından indiyədək 43 nəfəri çıxartmaq mümkün olub. Onlardan 13-ü ölüb, 4-ü isə ağır yaralıdır.

Qeyd olunub ki, axtarış-xilasetmə işlərinə 710 nəfərə yaxın insan cəlb edilib.

 

 

Gununsesi.info